Xəbərlər

BAAU-da “SDG Həftəsi” çərçivəsində seminar keçirilib

BAAU-da “SDG Həftəsi” çərçivəsində seminar keçirilib
  • 29 Apr 2025

2025-ci ilin 29 aprel – 5 may tarixlərində Bakı Avrasiya Universitetində (BAAU) Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG – Sustainable Development Goals) həsr edilmiş "SDG Həftəsi" keçirilir. “SDG Həftəsi” BAAU-nun Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "SDG`s for youth" klubunun təşkilatçılığı ilə həyata keçirilir. Həftə boyu müxtəlif SDG-lərə uyğun olaraq seminarlar, müzakirələr və elmi tədbirlər təşkil ediləcək.
Həftənin açılışı 29 aprel tarixində 14-cü DİM olan "Dəniz ekosisteminin mühafizəsi" mövzusunda keçirilən “Xəzərin təmizliyi naminə” adlı seminarı ilə oldu.
Tədbirin açılışında BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva SDG-lərin əhəmiyyətindən bəhs edərək, universitetin bu istiqamətdəki fəaliyyətindən söhbət açıb və həftənin
Açılış nitqindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnsan Rsursları Departamentinin rəhbəri Sevda Məmmədova, ARETN-nin Torpaqşünaslıq və Aqrokimiya İnstitutunun Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri dos. Könül Qafarbəyli, universitetin Xarici dil və ədəbiyyat kafedrasının baş müəllimi Səidə Yusifova, baş müəllim Nərgiz İsgəndərova, Mətanət Məmmədova və BAAU-nun Filologiya fakültəsinin tələbələrindən Ülviyyə Əsədova, Aytən Quliyeva, Ziya Əzizova, Səbinə Həsənova və Zeyd Abdulla məruzələrlə çıxışlar ediblər.
"SDG Həftəsi" BAAU-da təhsil və tədqiqat prosesində dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyasını gücləndirmək məqsədilə təşkil edilir.

Digər Xəbərlər