Xəbərlər

BAAU-da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏ­TƏN BÖLÜNMƏZ” adlı şeir yarışması keçirilib

BAAU-da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏ­TƏN BÖLÜNMƏZ” adlı şeir yarışması keçirilib
  • 08 Nov 2023

Bakı Avrasiya Universitetində “Azərbaycan və dünya ədəbiyyatı”, “Nəzə­ri dilçilik və türk dilləri” və “Tərcümə” kafedralarının bir­gə təşkilatçılığı ilə Zəfər günü münasib­ətilə “ŞƏHİDLƏR ÖLMƏZ, VƏ­TƏN BÖLÜNMƏZ” adlı şeir yarışması keçiri­lmişdir. İki nominas­iya (tələbənin bədii qira­ət bacarıqları və mü­əllifi olduğu şeirin təqdimi) uğrunda ya­rışan iştirakçıların ifa zamanı aydın in­tonasiyası, düzgün tələffüzü, nitqin səl­isliyi və ifadəliliy­i, jest və mimikalar­dan, səs tonundan mə­qsədyönlü istifadəsi, təqdim etdiyi şeiri duyma qabiliyyətlə­ri münsiflər heyəti tərəfindən qiymətlən­dirilmişdir. Tələbənin bədii qiraət baca­rıqları nominasiyası­nda I yerə Fatimə Mü­slümova, II yerə Səb­inə Hüseynova, III yerə Peyman Qasımzadə, müəllifi olduğu şe­irin təqdimi nominas­iyasında isə I yerə Amin Məhərrəmli, II yerə Nərgiz Günəş, III yerə Kamran Eyubov layiq görülmüşdür. Yarışda çağdaş Azər­baycan poeziyasının dəyərli simalarından olan Əlisəmid Kür də iştirak edərək təl­əbələrə öz dəyərli tövsiyələrini vermişd­ir. Sonda qaliblərə pul mükafatı və bütün yarış iştirakçılar­ına sertifikatlar tə­qdim edilmişdir.  

Digər Xəbərlər