Xəbərlər

BAAU-da “Social and Emotional Well-Being” mövzusunda seminar keçirilib

BAAU-da “Social and Emotional Well-Being” mövzusunda seminar keçirilib
  • 28 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrası və “ANT Education Center” şirkətinin təşkilatçılığı ilə “Social and Emotional Well-Being” mövzusunda seminar təşkil edilib. Seminar zamanı sosial və emosional rifahın qorunması, psixoloji dayanıqlığın gücləndirilməsi və müsbət yanaşmanın formalaşdırılması mövzularında xanım Theodora Bogiou təqdimatla çıxış edib.

Theodora Bogiou iştirakçılarla emosional sağlamlığın qorunmasına dair müasir yanaşmalar və effektiv strategiyaların təhsil mühitindəki rolu barədə geniş məlumat verib. O, həm şəxsi inkişaf, həm də akademik fəaliyyət mühitində emosional rifahın vacibliyini xüsusi vurğulayıb.

Tədbir çərçivəsində təqdim olunan praktiki metodlar, interaktiv müzakirələr və yeni psixoloji yanaşmalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Seminarın sonunda iştirakçılarla xatirə şəkilləri çəkilib.

Digər Xəbərlər