Xəbərlər

BAAU-da süd vəzi xərçənginə qarşı mübarizəyə dəstək aksiyası keçirilib

BAAU-da süd vəzi xərçənginə qarşı mübarizəyə dəstək aksiyası keçirilib
  • 30 Oct 2025

Süd vəzi xərçəngi ilə mübarizə ayı – “Çəhrayı Oktyabr” çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) qadın sağlamlığının qorunmasına və maarifləndirilməsinə həsr olunmuş aksiya təşkil olunub.

Aksiyanın əsas məqsədi cəmiyyətin diqqətini qadın sağlamlığı məsələlərinə, sağlamlıq problemləri, yoluxucu xəstəliklər, təhlükəli kimyəvi maddələr, peyvənd, xüsusilə süd vəzi xərçənginin profilaktikasına və erkən diaqnostikasının əhəmiyyətinə yönəltmək olub.

Tədbir çərçivəsində universitetin professor-müəllim heyəti, inzibati əməkdaşları və tələbələri həmrəylik və sosial məsuliyyət rəmzi olaraq çəhrayı rəngdə geyimlər geyiniblər. Çəhrayı rəng qadın sağlamlığına dəstəyin və ümidin simvolu kimi təqdim olunub.

Aksiya zamanı iştirakçılara “Çəhrayı Oktyabr” təşəbbüsünün mahiyyəti, süd vəzi xərçənginin erkən aşkarlanmasının insan həyatının qorunmasında rolu, sağlam həyat tərzinin önəmi və mütəmadi tibbi müayinələrin zəruriliyi barədə ətraflı məlumat verilib.

Bakı Avrasiya Universiteti rəhbərliyi bu kimi sosial yönümlü layihələrin həyata keçirilməsini cəmiyyətin sağlamlığı və ictimai şüurun artırılması istiqamətində mühüm addım kimi qiymətləndirir. Universitet gələcəkdə də ictimai əhəmiyyət kəsb edən sosial və maarifləndirici təşəbbüslərdə fəal iştirakını davam etdirməyi nəzərdə tutur.

Digər Xəbərlər