- 10 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə “Süni İntellekt (Sİ) dünyasında həyatda qalmaq” mövzusunda seminar tələbələrin müasir texnologiyalara marağını artırmaq və onların gələcək karyera inkişafına dəstək vermək məqsədi ilə təşkil olunub.
Sözügedən seminarın qonaq spikeri Sİ sahəsində təcrübəli mütəxəssis Anar Məmmədov olub. O, çıxışı zamanı Sİ-in müasir dünyadakı rolu, tətbiq sahələrinin aktuallığı, sorğuların düzgün formalaşdırılması prinsipləri və Sİ alətlərindən səmərəli istifadə üsulları barədə iştirakçılara ətraflı məlumat verib.
Seminar interaktiv müzakirələrlə davam edib. Seminarın sonunda tələbələr arasında Sİ mövzusunda yarış təşkil olunub. Yarışın nəticələrinə əsasən, ən yüksək nəticə göstərən üç tələbə xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.