- 05 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə “Süni intellektlə sosial media necə idarə edilir?” mövzusunda seminar keçirilib.
Seminarın qonaq spikeri sosial media mütəxəssisi Ələmdar Manafov olub. O, müasir dövrdə süni intellekt texnologiyalarının sosial media idarəçiliyində rolu, effektiv kontent planlaması və analitika vasitələrinin istifadəsi haqqında ətraflı məlumat verib.
Spiker iştirakçılara süni intellekt alətlərinin sosial şəbəkələrdə brend imicinin formalaşdırılması, paylaşımların məqsədli auditoriyaya çatdırılması və sosial media marketinqində səmərəliliyin artırılmasında necə tətbiq oluna biləcəyindən danışıb.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Tədbirin sonunda Əhmədar Manafov iştirakçıların suallarını cavablandırıb və onlara gələcək karyera istiqamətində faydalı tövsiyələr verib.




