Xəbərlər

BAAU-da tədris proqramlarının təkmilləşdirilməsinə dair iclas keçirilib

BAAU-da tədris proqramlarının təkmilləşdirilməsinə dair iclas keçirilib
  • 08 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Biznes və Menecment kafedrası tədris proqramlarının təkmilləşdirilməsinə həsr olunmuş iclas keçirib. Tədbirdə universitetin akademik-inzibati heyəti və sahə üzrə dəvət olunmuş mütəxəssislər iştirak ediblər. 

İclasın açılışında kafedranın müdiri, i.e.n., dosent Mətanət Qurbanova çıxış edərək müasir biznes və idarəetmə sahəsində təhsilin əmək bazarının real tələbləri ilə uzlaşdırılmasının zəruriliyini vurğulayıb. O, xüsusilə “Qonaqpərvərlik sahələrinin idarə edilməsi” və “Təşkilati davranış” proqramlarının yenilənməsi və daha praktik yönümlü məzmunla zənginləşdirilməsinin əhəmiyyətindən bəhs edib. 

Tədbirin xüsusi qonağı, “Hilton Garden İnn” hotelinin İnsan Resursları Departamentinin rəhbəri Şəhriyar Məmmədli çıxışında qonaqpərvərlik sahəsində insan resurslarının idarə olunmasına dair praktiki nümunələr təqdim edərək bildirib: “Tələbələrin yalnız nəzəri biliklərlə deyil, həm də real iş mühiti ilə tanış olması, onların gələcək uğurlu karyerası üçün vacib baza yaradır.” 

İclas çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi, həmçinin praktiki təkliflər səsləndirilib və proqramların məzmununun təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. 

Digər Xəbərlər