Xəbərlər

BAAU-da tədris və praktikanın inteqrasiyası mövzusunda elmi diskussiya keçirilib

BAAU-da tədris və praktikanın inteqrasiyası mövzusunda elmi diskussiya keçirilib
  • 07 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadiyyat kafedrasının müdiri, i.ü.f.d., dosent Vüsalə Nağıyevanın təşkilatçılığı ilə “Tədris prosesində nəzəriyyə və praktikanın harmonizasiyası” mövzusunda geniş elmi diskussiya keçirilib.

Tədbirdə Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, kafedranın professor-müəllim heyəti, əmək bazarının nümayəndələri — Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, i.ü.f.d., dosent İbrahim Quliyev, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının komitə üzvü, auditor İlkin İsmayıllı, eləcə də məzunlar və tələbələr iştirak ediblər.

Diskussiya çərçivəsində tədris prosesinin effektivliyinin artırılması, tələbələrdə analitik və tənqidi düşüncə bacarıqlarının inkişafı, nəzəri biliklərin praktik bacarıqlarla tamamlanması və məzunların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində təkliflər irəli sürülüb.

Tədbir iştirakçıların təkliflərinin müzakirəsi ilə yekunlaşıb.

Digər Xəbərlər