- 10 Jun 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektoru tələbələrin startap potensialını üzə çıxartmaq və təklif etdikləri innovativ ideyaları reallaşdırmaq üçün "Startaplara mentorluq proqramı" çərçivəsində silsilə görüşlər davam edir.
Sözügedən proqram çərçivəsində növbəti onlayn görüşdə tələbələrin innovativ layihələri qiymətləndirilmiş, inkişaf istiqamətləri üzrə ətraflı tövsiyələr verilmiş və layihələrinin potensial bazar imkanları ilə komandaların inkişaf strategiyaları müzakirə edilmişdir.
Görüşün nəticəsi olaraq 4 əsas layihə və 4 komanda formalaşdırılaraq onların gələcək fəaliyyət və inkişaf planları müəyyənləşdirilib.