Xəbərlər

BAAU-da “Türk dilləri içərisində Qazax türkcəsinin yeri və rolu” adlı tədbir keçirilib

BAAU-da “Türk dilləri içərisində Qazax türkcəsinin yeri və rolu” adlı tədbir keçirilib
  • 17 Apr 2025

2025-ci il 16 aprel tarixində Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə “Türk dilləri içərisində Qazax türkcəsinin yeri və rolu” adlı dəyirmi masa formatında tədbir keçirilib. Tədbirdə BAAU-nun Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dos. Zəminə Rüstəmbəyli Türk Dünyasının birliyinin zərurətindən, bu birliyin zamanın çağırış və reallığından, türkdilli xalqların milli köklərindən, ortaq dəyərlərindən, ortaq dillərindən danışıb.
Sonra, prof. Ədalət Tahirzadə, dos. Kəmalə Ələkbərova, baş müəllim Qubad Cəbrayılov, prof. Elmira Məmmədova-Kekeç Qazaxıstan və ümumtürk tarixi, mədəniyyəti, qazax dili, onun qrammatikası, Azərbaycan dili ilə qazax dili arasında zaman kateqoriyalarının müqayisəsi və sairə  haqqında bir-birindən maraqlı məruzə ilə çıxış etdilər.
Filologiya fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasının IV kurs tələbəsi Arzu Fərhadovanın Qazaxıstan haqqında hazırladığı slayd təqdimatı nümayiş etdirilib.
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin dosenti Perizat Yertayeva və Qazaxıstanın Əl-Fərabi Qazax Milli Universitetinin dosenti Yerzhan Kuanyshbayev video formatında çıxışlar edərək tədbir iştirakçılarını salamlayıb və məruzələrini təqdim ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər