Xəbərlər

BAAU-da “Uğurlu biznesin görünməyən tərəfi” mövzusunda seminar təşkil olunub

BAAU-da “Uğurlu biznesin görünməyən tərəfi” mövzusunda seminar təşkil olunub
  • 17 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə “Uğurlu biznesin görünməyən tərəfi” mövzusunda seminar keçirilib. Seminarın qonaq spikeri, biznes mütəxəssisi Mahal Abayeva tələbələrə biznes mühitində uğurun əldə edilməsində rol oynayan nəzəri və praktiki mexanizmlər barədə ətraflı məlumat verib.

Seminarın əsas məqsədi tələbələri uğurlu biznes fəaliyyətin əsas aparıcı vasitəsi olan strateji yanaşmalar, idarəetmə prinsipləri və biznes proseslərinin qeyri-görünən aspektləri ilə tanış etmək olub.

Mahal Abayeva öz məruzəsində biznesin daxili iş mexanizmləri, komanda idarəetməsi, davamlı inkişaf konsepsiyaları, risklərin qiymətləndirilməsi və effektiv qərarvermə prosesləri kimi mühüm məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Seminar tələbələrin fəal iştirakı ilə davam edib, sual-cavab sessiyası zamanı iştirakçılar real iş təcrübələrinə əsaslanan praktik tövsiyələr və faydalı biliklər əldə ediblər.

BAAU-da “Uğurlu biznesin görünməyən tərəfi” mövzusunda seminar təşkil olunub

Digər Xəbərlər