- 29 Apr 2025
28 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində (BAAU) Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Humanitar fənlər və regionşünaslıq kafedrasının təşkilatçılığı ilə tədbir təşkil olunub. Tədbirdə sözügedən kafedranın baş müəllimi və BAAU-nun Əməyin mühafizəsi üzrə mütəxəssisi Əfqan Zahirov tələbələr qarşısında mühazirə ilə çıxış edib.
Baş müəllim Ə.Zahirov Ümumdünya Əməyin Mühafizəsi Gününün qeyd olunma tarixi, əməyin təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan vəzifələr, məqsədlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə qeyd olunub ki, əməyin mühafizəsi, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin edən texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə proflaktik tədbirlərin norma və standartlar sistemidir.
Məlum olduğu kimi əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. Dövlətimiz Beynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsi ilə bağlı konvensiyaları imzalayıb və bu sahədə milli qanunvericiliyi müntəzəm şəkildə təkmilləşdirir.