Xəbərlər

BAAU-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

BAAU-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
  • 12 Dec 2023

BAAU-da müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə dövlət himni səsləndirilib, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrləri quruculuq və tərəqqi, davamlı sülh və dinamik inkişaf mərhələləri kimi qeyd edib .

Daha sonra Regionşünaslıq və humanitar fənnlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə ulu öndərin siyasi həyatından bəzi məqamlara diqqət çəkib və Sovet Ordusunun Naxçıvandan çıxarılması prosesindən olduqca maraqlı nüansları həmkarları ilə bölüşüb .

Tədbirdə natiqlər dahi şəxsiyyət və görkəmli dövlət xadiminin Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin bərpa olduğu dövrdə rəhbərliyi ilə bağlı inkişaf strategiyasından danışıblar.

Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişini Azərbaycanın müasir tarixinin şərəfli səhifələri kimi bir daha vurğulayıblar.

Anım tədbirində Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü fəaliyyətinə də işıq salınıb və Heydər Əliyevin siyasi ideologiyasının davamçısı, Müzəffər Ali Baş Komandanın 30 illik işğala son qoymasından, Xankəndində tarixi hərbi paradın keçirilməsi və möhtəşəm ardıcıl qələbələrdən danışılıb.

Tədbirin sonunda universitetin rəhbərliyi və professor-müəllim heyəti ulu öndərin büstü üzərinə gül dəstələri düzüb, öz dərin ehtiramlarını bildiriblər

Digər Xəbərlər