Xəbərlər

BAAU-da Vilnüs Qediminas Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

BAAU-da Vilnüs Qediminas Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib
  • 22 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Litvanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Vilnüs Qediminas Texniki Universitetinin (VilniusTech) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri, t.ü.f.d. Aybəniz Rüstəmova, “Riyaziyyat və İKT” kafedrasının müdiri, i.ü.f.d. Afət Həsənova, “İqtisadiyyat” kafedrasının müdiri Vüsalə Nağıyeva, VilniusTech-in Fundamental elmlər fakültəsinin dekanı, professor Dalius Mažeika, Nəqliyyat mühəndisliyi fakültəsinin dosenti, assosiasiya professoru Vidas Zuraulis, eləcə də Beynəlxalq Təhsil Mərkəzinin baş meneceri Viktorija Pliuškienə iştirak ediblər.

Görüş zamanı iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər birgə akademik layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də elmi-tədqiqat sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.

Hər iki tərəf beynəlxalq əməkdaşlığın təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi potensialın gücləndirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb.

Tərəflər gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılığa gəliblər.

Digər Xəbərlər