Xəbərlər

BAAU-da “Xərçəng xəstəliyi gülüşümü ala bilməz” adlı maarifləndirici görüş keçirilib

BAAU-da “Xərçəng xəstəliyi gülüşümü ala bilməz” adlı maarifləndirici görüş keçirilib
  • 15 Oct 2024

Oktyabrın 14-də Bakı Avrasiya Universitetində (BAAU) BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Yaxşı səhiyyə və rifah” və “Çəhrayı Oktyabr” kampaniyası çərçivəsində “Xərçəng xəstəliyi gülüşümü ala bilməz” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak edib.
Tədbirin əvvəlində oktyabrın dünyada döş xərçəngi haqqında beynəlxalq məlumatlandırma ayı kimi tanındığı və bu çərçivədə keçirilən tədbirlərin “Çəhrayı Oktyabr”a həsr edildiyi, kampaniyanın məqsədinin süd vəzi xərçəngi riski, xəstəliyin qarşısının alınması yolları və skrininqin vacibliyi barədə əhali arasında məlumatlılığın artırmağa yönəldiyi diqqətə çatdırılıb.
Görüşün qonaqları Ülkər Psixologiya Mərkəzində Psixologiya departamentinin rəhbəri, inklüziv təhsil mütəxəssisi Jalə Mirsaab, Nərimanov rayon 5 saylı poliklinikanın fizioterapevti Asimə Ziyadxanqızı, klinik psixoloq Ruhiyyə Rüstəmova və pedaqoq Lamiyə İsmayılzadə tələbələrə qadın sağlamlığı, xərçəngin müayinəsi və qorunma yolları barədə məlumat verib, tövsiyələr səsləndiriblər.
BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Dos. Sevda Rzayeva tədbirdə çıxış edərək hər kəsin sağlamlıq xidmətlərinə bərabər şəkildə çıxışının təmin edilməsinin cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb. O, həmçinin, xərçənglə mübarizədə insanların tək olmadığını hiss etmələri üçün cəmiyyətimizin bu sahədə daha məlumatlı və güclü olması gərəkdiyini qeyd edib.  
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, xatirə fotosu çəkdirilib.

Digər Xəbərlər