- 14 Jun 2024
Bakı Avrasiya Universiteti, Niğde Ömer Halisdemir Universiteti (Türkiyə) və Qazax Qızlar Milli Pedaqoji Universiteti (Qazaxıstan) təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu çərçivəsində BAAU-da Araşdırma və inkişaf layihələrinin müsabiqəsi təşkil edilib. Müsabiqəyə 11 istiqamətdə Azərbaycandan 12, Qazaxıstandan 17, Türkiyədən 38 olmaqla, ümumi 67 layihə təqdim olunub.
Türkiyədən Aslı Bozdağ “Hydrooxplorer”, Qazaxıstandan Nazken Nəbiyeva “Student Radio”, Azərbaycandan Nərmin Məmmədova və Məryəm Qaçayeva “E-Care” adlı layihələri ilə müsabiqənin qalibi olublar.
Türkiyədən Emine Çakmakın “Lifeline”, Qazaxıstandan Karlıqaş Aşırkanovanın “Turkic World Metaverse”, Azərbaycandan Elşən İsayev və Qaratel Rüstəmovanın “Milli Guide” adlı layihələri Münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüb.
XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun Qala Gecəsində, mükafatlandırma mərasimində qalib iştirakçılara mükafatlar təqdim edilib. Qalib iştirakçılara mükafatları ÖSYM sədri Prof. Dr. Bayram Ali Ersoy, Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof. Dr. Həsən Uslu, Bakı Avrasiya Universitetinin prorektoru fil.ü.f.d., dosent Nigar Hüseynli, Qazax Milli Qızlar Pedaqoji Universitetinin prorektoru Dr. Zakir Jumakulov, Niğde Ömer Halisdemir Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsinin dekanı Prof. Dr. Bunu Mutlu Başaran Öztürk təqdim ediblər.