Xəbərlər

BAAU-da Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib

BAAU-da Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib
  • 08 Nov 2024

Bakı Avrasiya Universitetinin (BAAU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Qələbənin işığında” adlı intellektual yarış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dos. Mütəllim Rəhimov, Filologiya fakültəsinin dekanı dos. Salman Süleymanov, rektorun köməkçisi Arif Nəcimov, Karyera və təcrübə mərkəzinin müdiri Səbinə Cəlilova və Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Nərmin Nurullayeva çıxış edərək Zəfər Günü münasibətilə tələbələri təbrik edərək əlamətdar gün münasibətilə keçirilən intellektual yarışda uğurlar arzulayıblar.
Açılış nitqlərindən sonra BAAU-nun İnnovasiya sektorunun rəhbəri Kamran Qasımovun moderatorluğu ilə  tələbələrdən ibarət altı komanda öz bilik və bacarıqlarını göstərərək Vətən müharibəsi, tarix, ümumi dünya görüşünə aid suallara cavab veriblər. Gərgin və həyacanlı keçən yarışın sonunda “Dəmir yumru” komandası I yerin, “Turan” komandası II yerin və “Müzəffər güc” komandası III yerin qalibi seçiliblər.
Sonda qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunub.

Digər Xəbərlər