- 09 Nov 2024
Bakı Avrasiya Universitetində (BAAU) Noyabr- Zəfər Günü və 9 Noyabr- Bayraq Günü münasibətilə “Zəfərə aparan yol” adlı musiqili tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Açılış nitqi ilə çıxış edən BAAU-nun Tərcümə kafedrasının baş müəllimi Xatirə Hüseynova bu iki bayramın Azərbaycanın milli qürururun, müstəqilliyinin, ərazi bütövlüyü uğrunda mübarizəsinin simvollarından olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə ilə bayrağımızın hər qarış torpağımızda azad dalğalandığını diqqətə çatdıran baş müəllim bu yolda canından keçmiş qəhrəman şəhidlərimizi dərin ehtiramla yad etdiyimizi bildirib və onlara Allahdan rəhmət diləyib.
Tədbirdə BAAU-nun tələbələri tərəfindən Vətən müharibəsinin şəhid və qazilərinin qəhrəmanlığı ilə bağlı təqdimatlar təqdim edilib. Şanlı zəfərin əldə edilməsində pay sahibi olmuş qazilərimiz Röyal Kərimov və Nurlan Məmmədovun təəssüratlarını öyrənmək, keçdikləri döyüş yolu ilə bağlı fikirləini öyrənmək üçün onlarla video-görüş keçirilib.
Musiqili tədbir zamanı tələbələrin Qarabağı tərənnüm edən mahnı ifaları, zəfərə həsr olunmuş şeirlər səsləndirilib və tələbələrin ingilis dilində çıxışlarına yer verilib. Tədbirin sonunda X.Hüseynova bayram münasibətilə iştirakçıları təbrik edərək, Azərbaycan gəncliyinə ölkəmizin gələcəyində uğurlar arzulayıb.