Xəbərlər

BAAU əməkdaşları Erasmus+ çərçivəsində Belçikada səfərdə

BAAU əməkdaşları Erasmus+ çərçivəsində Belçikada səfərdə
  • 14 Dec 2022

Bakı Avrasiya Universitetinin əməkdaşları Erasmus+ layihəsi çərçivəsində Belçikaya səfər ediblər.

Tədbir  universitetin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması”(ECAR) Erasmus+ layihəsi çərçivəsində təşkil olunub.

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi növbəti dəfə Belçikada yerləşən EFMD Global qurumunda baş tutub.

12-17 dekabr tarixlərini əhatə edəcək tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alikante Universiteti, İspan Rektorlar konfransının,  Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidməti / DAAD-nin nümayəndələri iştirak edirlər. Layihənin Belçikada keçirilən tədbir və seminarlarında Bakı Avrasiya Universitetini Tədris işləri üzrə prorektor fil.ü.f.d dos.N.Hüseynova və Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı f.ü.f.d;dos. M.Rəhimov təmsil edirlər.

Səfər müddətində EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminarlar və təqdimatlar keçiriləcəkdir. Həmçinin tədbir iştirakçılarının Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə Erasmus plus layihələri üzrə işgüzar görüşünün keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər