Xəbərlər

BAAU əməkdaşları Rumıniyada Erasmus+ proqramında

BAAU əməkdaşları Rumıniyada Erasmus+ proqramında
  • 27 Jun 2024

Bakı Avrasiya Universitetinin Tərcümə kafedrasının müdiri, dosent Sevda Rzayeva, Humanitar fənlər və Regionşünaslıq kafedrasının müəllimi Sevinc Burzuyeva Erasmus+ KA171 mobillik mübadilə proqramı (Erasmus+ Staff mobility for teaching) çərçivəsində Rumıniyanın Dimitri Kantemir Universitetində rəsmi-işgüzar və akademik səfərdə olublar.

Proqram çərçivəsində BAAU-nun əməkdaşları Dimitri Kantemir Universitetinin rəhbərliyi ilə görüşüb, professor-müəllim heyəti ilə təhsilin mobilliyi, təhsildə yeni inkişaf meylləri, təhsildə beynəlmiləşmə ətrafında işgüzar müzakirələr, təcrübə mübadiləsi aparıblar.

Səfər müddətində dos. Sevda Rzayeva və Sevinc Burzuyeva universitetin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak ediblər.

BAAU əməkdaşları Rumıniyada Erasmus+ proqramında

Digər Xəbərlər