- 07 Jul 2025
Bakı Avrasiya Universitetinin (BAAU) əməkdaşlarının yay tətilinin səmərəli təşkili istiqamətində BAAU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 60 nəfərdən ibarət bir qrup əməkdaş iyulun 5-6-sı tarixlərində Lerik rayonunda yerləşən Relax istirahət mərkəzinə iki günlük istirahət və komanda ruhunun möhkəmləndirilməsi məqsədilə təlim proqramı təşkil olunub.
Təbiətin qoynunda keçirilən səfərdə kollektivin istirahətinin, eyni zamanda peşəkar və sosial əlaqələrinin gücləndirilməsi istiqamətində təlim sessiyaları, interaktiv komanda oyunları və inkişafetdirici fəaliyyətlər təşkil olunub.
Təşkil olunmuş təlimi Dövlət Məşğulluq Agentliyinin (DMA) Peşəyönümü şöbəsinin rəhbəri, təlimçi Toğrul Ələkbərovun iştirakı ilə liderlik, komanda daxilində ünsiyyət, strateji düşüncə və motivasiya mövzuları, eyni zamanda kollektivin əməkdaşlıq bacarıqlarını möhkəmləndirən oyunlar və qrup məşğələləri də keçirilib.