- 06 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) ABŞ-da fəaliyyət göstərən Mədəniyyət və Təhsil İnstitutunun (Chartered Culture and Education Institute) təsisçisi və idarə heyətinin sədri Vasif Eyvazzadə ilə görüş keçirilib. Görüşdə ali təhsildə beynəlxalq əməkdaşlıq imkanları, tədris keyfiyyətinin yüksəldilməsi və universitetlərdə peşəkar inkişafın dəstəklənməsi məsələləri müzakirə olunub.
Görüş zamanı BAAU-nun rektoru dosent Səyavuş Qasımov, beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva və Vasif Eyvazzadə arasında ali təhsildə peşəkarlığın artırılması, innovativ tədris modellərinin tətbiqi və institusional inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər tələbələrin karyera planlaşdırılması, professor-müəllim heyətinin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və universitetin strateji inkişafının dəstəklənməsi ilə bağlı konkret əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Aparılan səmərəli müzakirələr nəticəsində BAAU ilə ABŞ-ın Mədəniyyət və Təhsil İnstitutu arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı fəaliyyətin sistemli şəkildə həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüş zamanı hər iki tərəf ali təhsildə qlobal yanaşmaların təşviqi, innovativ tədris mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
BAAU rəhbərliyi bu əməkdaşlığı ali təhsil sahəsində beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi, tədrisdə müasir yanaşmaların tətbiqi və tələbələrin gələcək karyera uğurlarına yönəlik yeni imkanların yaradılması baxımından mühüm addım kimi qiymətləndirir.