Xəbərlər

BAAU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

BAAU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
  • 09 Jul 2025

Bakı Avrasiya Universiteti (BAAU) ilə Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumun imzalanmasında məqsəd iki universitet arasında təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın qurulması, akademik mübadilə proqramlarının təşkili, ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və təhsil prosesinin beynəlmiləlləşdirilməsidir.

Tədbirdə BAAU-nun rəhbərliyi və struktur bölmələrinin nümayəndələri iştirak ediblər. Görüş zamanı tərəflər ali təhsildə beynəlxalq əlaqələrin əhəmiyyətindən, iki ölkə arasında elmi əməkdaşlıq potensialından və gələcəkdə planlaşdırılan birgə təşəbbüslərdən danışıblar.

Qeyd edək ki, bu memorandum BAAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübənin bölüşdürülməsi və təhsil mühitinin keyfiyyətinin artırılması baxımından mühüm addımlardan biridir. 

Görüş qarşılıqlı anlaşma və tərəfdaşlıq ruhunda başa çatıb.

BAAU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Digər Xəbərlər