Xəbərlər

BAAU ilə Hindistanın O.P. Jindal Qlobal Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

BAAU ilə Hindistanın O.P. Jindal Qlobal Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib
  • 03 Mar 2025

Bakı Avrasiya Universiteti (BAAU) ilə Hindistan Respublikasının O.P. Jindal Qlobal Universiteti (JGU) arasında əməkdaşlıq imkanları ilə bağlı görüş keçirilib. Görüşdə BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Keyfiyyət təminatı sektorunun müdiri Esmira Talıbova, İnformasiya texnologiyaları sektorunun müdiri Tamerlan Şahbazlı, JGU-nun Jindal Qlobal Biznes fakültəsinin aparıcı mütəxəssisi Rahul Bhandari və Reytinqlər, Bençmarkinq və İnstitusional Transformasiya üzrə Ofisin baş meneceri Swapnil S Bhosale iştirak ediblər.
Görüş zamanı prorektor S.Rzayeva qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, BAAU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələr sahəsində görülən işlər, elmi-tədqiqat imkanları və təhsil səviyyələri barədə məlumat verib. S.Rzayeva əlavə edib ki, BAAU ilə JGU arasında qurulacaq əməkdaşlıq hər iki ali təhsil müəssisəsi üçün faydalı olacaq və elmi-tədqiqat işləri ilə ortaq layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq.
Daha sonra çıxış üçün söz R.Bhandariyə verilib. O, təmsil etdiyi universitetin zəngin tarixi, müasir maddi-texniki bazası, beynəlxalq əlaqələr sahəsindəki uğurları, elmi-tədqiqat imkanları və yüksək təhsil səviyyəsi barədə geniş məlumat verib. R.Bhandari, həmçinin, universitetin beynəlxalq reytinqlərdəki nailiyyətlərini haqqında BAAU əməkdaşlarını məlumatlandırıb.
Görüş zamanı hər iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq elmi-tədqiqat layihələri və digər əməkdaşlıq imkanları müzakirə edilib.

Digər Xəbərlər