- 30 Sep 2025
Bakı Avrasiya Universiteti (BAAU) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələrindən biri olan Namanqan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum hər iki universitet arasında elm, təhsil və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, birgə elmi layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, elmi konfrans və seminarların təşkilini, eləcə də ikili diplom proqramlarının təşviqini nəzərdə tutur.
Görüş zamanı tərəflər gələcəkdə ortaq tədris proqramlarının hazırlanması, innovativ elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsi və tələbələrin beynəlxalq təcrübə imkanlarının artırılması barədə fikir mübadiləsi aparıblar.
BAAU beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində regionun və dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrini gücləndirməkdə davam edir. İmzalanan bu sənəd BAAU-nun təhsil, elm və innovasiya sahəsində beynəlxalq inteqrasiyasına verdiyi önəmin göstəricisidir.