Xəbərlər

BAAU ilə Peşə Təhsil Mərkəzi rəhbərliyi arasında görüş keçirildi

BAAU ilə Peşə Təhsil Mərkəzi rəhbərliyi arasında görüş keçirildi
  • 13 Jan 2023

Bakı Avrasiya Universitetinin nümayəndə heyəti Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edərək Mərkəzin direktoru Kifayət Bayramova, direktor müavini Nuranə Məmmədova və direktor müavini Zibaxanım Cəfərli ilə görüş keçiriblər.

Universiteti Tədrisin Təşkili Departamentinin müdiri professor Mənsim Məmmədov, “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, “İqtisadiyyat və İdarəetmə” kafedrasının müdiri İlhamə Aslanova və “İqtisadiyyat və İdarəetmə” kafedrasının baş müəllimi Esmira Kazımova təmsil ediblər.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Kifayət Bayramov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və görüləcək işlər barədə məlumat verərək Mərkəzin planları və hədəfləri haqqında danışıb.

Dəvət üçün təşəkkürünü bildirən BAAU-nun təmsilçiləri universitetin təhsil imkanları, əldə etdikləri naliyyətlərlə bağlı geniş açıqlama veriblər.

Sonra iki təhsil müəssisəsi arasında mümkün əməkdaşlığın detalları müzakirə edilib. Elmi araşdırmaların, tədrisin keyfiyyətinin yüksəldilməsi, bilik və bacarıqların təcrübəyə tətbiqi, birgə tədbirlərin təşkili, yüksək texniki peşə təhsili üzrə təhsil alan tələbələrin ali təhsilə keçidi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra BAAU-nun təmsilçiləri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mövcud təhsil, texniki və praktiki imkanları ilə tanış olub, tələbələrin yaradıcılıq fəaliyyətini izləyiblər.

Digər Xəbərlər