Xəbərlər

BAAU ilə Professional Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq Memorandumu imzalanmışdır

BAAU ilə Professional Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq Memorandumu imzalanmışdır
  • 01 Nov 2023

Bakı Avrasiya Universiteti ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş Peşəkar Mühasib Təşkilatı – Professional Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində tərəflər arasında maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi və tələbələrin beynəlxalq peşəkar qurumların müvafiq biznes-tədrisi proqramları üzrə sertifikatlaşması və digər istiqamətlərdə faydalı əməkdaşlıq münasibətləri davam etməkdədir. Bu istiqamətdə Bakı Avrasiya Universitetinin “İqtisadiyyat” kafedrasının MBA üzrə magistrantları İngiltərənin “İCB (İnstitute of Certified Bookkeepers) Global” - Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun beynəlxalq kvalifikasiyalı imtahanlarında iştirak etmək məqsədilə Pofessional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən təşkil olunan baza mühasibatlıq kurslarına qoşulmuşlar. Kursu uğurla başa vuran dörd MBA üzrə magistrant – Müşfiq Qurbanov, Yasəmən Sadıqova, Sara Məmmədova və Elşad Binnətli “İCB Global” təşkilatının beyxəlxalq sertifikatlarını (“Certificate in Advanced Bookkeping”) əldə etmişlər. Tələbələrimizi əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edirik. Gələcəkdə də tələbələrin inkişafına dəstək verən bu kimi layihələrdə tələbələrimizin uğurlarının davamlı olmasını arzu edirik.

Digər Xəbərlər