Xəbərlər

BAAU ilə “Referans Medical Group” əməkdaşlıq istiqamətində ilk addımlar atılıb

BAAU ilə “Referans Medical Group” əməkdaşlıq istiqamətində ilk addımlar atılıb
  • 19 Oct 2024

Bakı Avrasiya Universiteti (BAAU) ilə “Referans Medical Group” Klinikalar Şəbəkəsi arasında əməkdaşlıq istiqamətində ilk addımlar atılıb. Bu münasibətlə 2024-cü il oktyabrın 18-də BAAU-nun akademik-inzibati heyəti və tələbələri ilə Klinikalar Şəbəkəsinin nümayəndə heyəti arasında məlumatlandırıcı görüş keçirilib.
Bu əməkdaşlıq çərçivəsində universitetin tələbə və müəllim heyəti üçün mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirmə tədbirləri, tibbi müayinələrin aparılması nəzərdə tutulub.
Görüş zamanı Klinikalar Şəbəkəsinin Referans Ambulans komandası tərəfindən “İlkin tibbi yardım: Təcili tibbi yardıma qədər nə edə bilərik?” mövzusunda seminar keçirilib. Seminar zamanı iştirakçılara ilkin tibbi yardımın əsasları, təcili vəziyyətlərdə davranış qaydaları izah edilib və praktiki nümunələr göstərilib.  
Sonda tələbələri maraqlandıran suallar cavablandırlıb, müzakirələr aparılıb.

Digər Xəbərlər