Xəbərlər

BAAU ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq genişlənir

BAAU ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq genişlənir
  • 07 Sep 2023

Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və İqtisadiyyat fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov Türkiyənin Niğde Ömer Halisdemir universitetində işgüzar səfərdə olublar. BAAU-nun təmsilçiləri magistratura pilləsində “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələrin ikili diplom layihəsi, müvafiq fənlər və ya mövzular üzrə professor-müəllim heyətinin qarşılıqlı olaraq tələbələrə dərs keçməsi və digər tədris məsələləri ilə bağlı Nigde universitetinin səlahiyyətli qurum rəhbərləri ilə müzakirələr aparıblar. BAAU-nun prorektoru Səyavuş Qasımov və fakultə dekanı Mütəllim Rəhimov daha sonra Niğde Universitetinin “Texnoparkı”nda olublar. “Texnopark”ın direktoru Rifat Battaloğlu rəhbərlik etdiyi qurumun missiyası və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Təhsildə əldə edilən bacarıqların istehsalata tətbiq edilməsi üçün “Texnopark”da görülən işlərdən danışıb. O görüş zamanı Türkiyə hökumətinin texnoparkların fəaliyyətinə ciddi dəstək verdiyini bildirib. Görüş zamanı BAAU-da texnoparkın yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə təcrübələrin bölüşdürülməsinin zəruriliyi vurğulanıb. BAAU-nun təmsilçiləri daha sonra Niğde Universitetinin rektoru, professor Hasan Uslu ilə görüşüblər. BAAU-nun prorektoru Səyavuş Qasımov səmimi qəbul və faydalı görüşlərə görə rektora təşəkkür edib. O, müvafiq qurumların rəhbərləri ilə keçirilən görüşlər və razılaşmalar haqqında danışıb. Görüşdə həmçinin gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb və onu inkişaf etdirməklə bağlı tərəflər istəklərini bildiriblər.

Digər Xəbərlər