Xəbərlər

BAAU-ın müəllimi İstanbulda keçirilən forumda iştirak edib

BAAU-ın müəllimi İstanbulda keçirilən forumda iştirak edib
  • 14 Aug 2023

Bakı Avrasiya Universitetinin "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının baş müəllimi Çiçək Hüseynova 07-12 avqust 2023-cü il tarixində İstanbulda keçirilən "Eğitimde Yeni Trendler İstanbul - 2023" adlı beynəlxalq təhsil forumunda iştirak edib. Çiçək Hüseynova təhsil forumu çərçivəsində müəllim heyəti ilə birgə ATLAS, GELİŞİM, HALİÇ və ALTINBAŞ universitetlərində olub, çağdaş dövrümüzün təhsil problemləri, təhsilə yeni yanaşma və metodlarla bağlı təlim və seminarlarda iştirak edib. Təlim və seminarlar maraqlı fikir mübadiləsi, diskussiya şəklində keçib. Ç.Hüseynova həmçinin universitetlərin tədris korpusu və kitabxanaları, elmi-tədqiqat mərkəzləri, beynəlxalq əlaqələr şöbələrinin işi ilə yaxından tanış olub. Müəllim uzman psixoloq Cevher Sönmezin "Duygu Yönetimi" adlı seminarında da iştirak edib. Forumda təşkil edilmiş təlim və seminarlarda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.

Digər Xəbərlər