Xəbərlər

BAAU kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

BAAU kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi
  • 10 May 2023

Bakı Avrasiya Universitetinin rəhbərliyi, professor-müəllim kollektivi və tələbələr Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Universitet rəhbərliyi daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anıb, məzarı üstünə güllər düzüblər. 
Universitetin prorektoru Günhan Hüseynli Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə universitetində keçirilən silsilə tədbirlər barədə də məlumat verib. O qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin dinamik inkişafına verdiyi töhfələr, təhsil sistemimizə qayğısı və milli kadrlarımızın yetişməsindəki yorulmaz fəaliyyəti keçirilən elmi-seminarların və konfransların əsas mövzusuna çevirilib.

Digər Xəbərlər