Xəbərlər

BAAU-nun 30 illiyi ilə bağlı mükafatlandırma mərasimi keçirilib

BAAU-nun 30 illiyi ilə bağlı mükafatlandırma mərasimi keçirilib
  • 13 May 2022

Bu gün BAAU-nun yubiley tədbirlərinə yekun vurulub. Universitetin akt zalında keçirilən tədbirdə professor-müəllim heyətinin, tələbələrin mükafatlandırılması mərasimi keçirilib. BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova universitetin bu günkü reytinqinin formalaşmasında, ali təhsil müəssisələri arasında qazandığı nüfuz və təhsil sferasında əldə etdiyi keyfiyyətə görə əməkdaşların xüsusi rolunu qeyd edib.  O, təhsilin bundan sonra da cəmiyyətin inkişafında müstəsna rolunu xatırladaraq müəllimlərin əməyinin hər zaman yüksək dəyərə malik olduğunu bildirib.

Daha sonra mükafatların təqdim edilmə mərasimi keçirilib. Əvvəlcə Təhsil Nazirliyi tərəfindən təltif edilən universitet əməkdaşlarına mükafatlar təqdim edilib. 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin qərarı ilə BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov, Tədrisin Təşkili Departamentinin müdiri, professor Mənsim Məmmədov, Filologiya fakultəsinin dekanı, dosent Salman Süleymanov, Regionşünaslıq və İqtisadiyyat fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Filologiya fakultəsinin dekan müavini Natella Quliyeva, Ümumi filologiya kafedrasının müdiri, dosent Elmira Məmmədova-Kekeç, Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova,  Tərcümə kafedrasının müdiri, dosent Sevda Rzayeva, Xarici dil və ədəbiyyat kafedrasının müdiri, dosent Nərgiz Yusifxanova “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif ediliblər. 

Kitabxana və informasiya Mərkəzinin müdiri Sima Cəfərova, mühasib-xəzinədar Ruxsarə Məmmədova, Tədrisin Təşkili Departamentinin baş mütəxəssisi Sənubər Məmmədova, Filologiya fakultəsinin akademik məsləhətçisi Tamerlan Şahbazlı, Regionşünaslıq və İqtisadiyyat fakultəsinin dekan müavini Qafar Verdiyev Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təşəkkürnaməsi ilə təltif olunublar. 

Sonra Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin əmri ilə təltif edilən universitetin əməkdaşlarına mükafatlar təqdim olunub. 

Bakı Avrasiya Universitetində elm sahəsinin inkişafındakı xidmətlərinə, elmi fəaliyyətin təşkili və idarə edilməsi istiqamətində məhsuldar əməyinə, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedoqoji fəaliyyətinə və  ictimai həyatda fəal iştirakına görə Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimovaya fəxri fərman təqdim edildi.

Bakı Avrasiya Universitetinin inkişafı sahəsində xüsusi xidmətlərinə, idarəetmədə səmərəli menecment fəaliyyəti və idarəçilik səriştəsi ilə qazandığı yüksək nəticələrə və  ictimai həyatda fəal iştirakına görə Ümumi işlər üzrə prorektor Günhan Hüseynli də fəxri fərmanla təltif edildi.

Bakı Avrasiya Universitetinin məzunu olaraq təhsil müəssisəsini layiqincə təmsil etməklə iş və karyerasında qazandığı uğurlara, ictimai həyatda fəal iştirakına görə Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova da fəxri fərmana layiq görüldü. 

Bakı Avrasiya Universitetində yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedoqoji fəaliyyətinə, təhsilin inkişafı sahəsindəki xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi yüksək nəticələrə görə Universitetin bir qrup professor-müəllim heyəti rektorun əmri ilə fəxri fərmanla təltif edildilər. 

Uzunmüddətli səmərəli fəaliyyətinə, vəzifə funksiyalarının yerinə yetirilməsində göstərdiyi peşəkarlıq səviyyəsi və təşəbbüskarlığına, işdə əldə etdiyi yüksək nəticələrə və ictimai həyatda fəal iştirakına görə Universitetin bir qrup inzibati işçisi də fəxri fərmanla təltif olundu. 

Bakı Avrasiya Universitetinin yaradılmasının 30 illiyinə həsr olunmuş “BAAU-30” yubiley tədbirinin təşkili və keçirilməsində göstərdiyi fəallıq və təşkilatçılığına görə Ümumi filologiya kafedrasının böyük laborantı Zəhra Rəsulzadə, Daxili keyfiyyət təminatı və audit sektorunun mütəxəssisi Nuranə Mirzəyeva, Əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi Nigar Əliyeva da fəxri fərmanla təltif edildilər. 

Bakı Avrasiya Universitetinin 30 illik yubileyi ilə əlaqədar tələbələr arasında elan edilmiş “Mənim Universitetim” mövzusunda videoçarx müsabiqəsinin qalibləri də mükafatlandırıldılar. İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Aydın Abbasovun I yeri, Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisasının III kurs tələbəsi Yeganə Əliyevanın II yeri, Filologiya (Türk dili və ədəbiyyat) ixtisasının I kurs tələbəsi Jalə İsayevanın III yeri tutduğu elan edildi. Qaliblərə pul mükafatı və fəxri fərman təqdim olundu.

Digər Xəbərlər