Xəbərlər

BAAU-nun 6 tələbəsi təhsilini “Erasmus+” mübadilə proqramı çərçivəsində xaricdə davam etdirəcək

BAAU-nun 6 tələbəsi təhsilini “Erasmus+” mübadilə proqramı çərçivəsində xaricdə davam etdirəcək
  • 14 Feb 2025

Bakı Avrasiya Universitetinin (BAAU) 6 tələbəsi təhsilini 2024/2025-ci tədris ilinin yaz semestrində “Erasmus+ KA171” tələbə mobilliyi proqramı çərçivəsində xaricdə davam etdirəcək.
2025-ci il fevralın 14-də mübadilə proqramında iştiraka haqq qazanmış tələbələrlə görüş keçirilib. Görüşdə universitetin rektoru dosent Səyavuş Qasımov, Tədris işləri üzrə prorektor dosent Nigar Hüseynli, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva, Layihələrin idarə olunması və akademik mobillik sektorunun müdiri Aygül Əhmədova və rektorun köməkçisi Arif Nəcimov iştirak ediblər.
Tələbələr qazandıqları uğur münasibətilə təbrik edilib, Azərbaycanı və BAAU-nu layiqincə təmsil edəcəklərinə əminliklərini bildirərək təhsillərində uğurlar arzulanıb. Tələbələr, BAAU tərəfindən yaradılan şərait və dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.  
Qeyd edək ki, BAAU-da tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanması və qlobal akademik mühitdə təcrübə qazanması daim diqqət mərkəzindədir.

Digər Xəbərlər