- 01 May 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova 21-23 aprel 2025-ci il tarixlərində qardaş Türkiyənin tanınmış Elginkan Şirkətlər Qrupuna aid Elginkan Vəqfinin təşkilatçılığı ilə İstanbulda təşkil keçirilən Beynəlxalq Türk Dili və Ədəbiyyatı Qurultayında dəvətli alim-qonaq olaraq iştirak edib.
Əsas məqsədlərindən biri ümumtürk mənəvi və mədəniyyət dəyərlərini, tarixini, adət-ənənələrini qorumaq və türk dilimizi araşdırmaq, bu sahədəki araşdırmaları dəstəkləmək olan —Beynəlxalq Türk Dili və Ədəbiyyatı Qurultayı ilk dəfə 2013-cü ildə keçirilmiş, 2025-ci ildə isə artıq yeddincisi təşkil olunub. Qurultayda Almaniya, Albaniya, Azərbaycan, Xorvatiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa və Rusiya Federasiyasından olmaqla, ümumilikdə xarici ölkələrdən on dörd, Türkiyədən isə on doqquz alim iştirak edib.
F.ü.f.d., dos.Kəmalə Ələkbərovanın “Müasir Azərbaycan danışıq dilinə Türkiyə türkcəsindən keçən sözlər” adlı məruzəsi plenar iclasda böyük maraq və təqdir qazanmışdır. Təşkilatçilar tərəfindən qurultayın qapanış mərasimində xarici ölkələrdən gələn türkoloq-alim kimi çixış üçün ona söz verilmiş və onun çıxışı böyük rəğbətlə qarşılanmışdır.