Xəbərlər

BAAU-nun əcnəbi tələbələri “Turan Kuboku” beynəlxalq turnirində uğur qazanıblar

BAAU-nun əcnəbi tələbələri “Turan Kuboku” beynəlxalq turnirində uğur qazanıblar
  • 04 Jun 2025

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə I “Turan Kuboku” beynəlxalq turniri Bakı Su İdman Sarayında keçirilib. 

Turnir Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman İdarəsi, Milli İdman Növləri Assosiasiyası, Azərbaycan Tibb Universiteti, Beynəlxalq və Avropa Kəndirlə Mübarizə Federasiyalarının dəstəyi ilə Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq yarışda Bakı Avrasiya Universitetini (BAAU) əcnəbi tələbələrdən ibarət komandası təmsil edib. Komanda üzvləri Awais Tariq, Haroon Ahmad, Haseeb Ali, Muhammad Shaban, Khan Nadeem və Aqasha Ghulam Rasool beynəlxalq turnirdə II yer tutaraq kuboka layiq görülüblər.

Tələbələrimizi bu uğurları münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayır.

Digər Xəbərlər