Xəbərlər

BAAU-nun Elmi Şurasının növbəti iclası keçirilib

BAAU-nun Elmi Şurasının növbəti iclası keçirilib
  • 02 Dec 2024

Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının 2024/2025-ci tədris ilinin payız semestrində növbəti iclası keçirilib. BAAU-nun rektoru, dos. Səyavuş Qasımov iclasın gündəliyində duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda “Təhsilalanla arasında tərbiyə işinin təşkili və həyata keçirilməsi vəziyyəti haqqında”, “Bakı Avrasiya Universitetində 2025-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar haqqında”, “2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların dissertasiya mövzuları haqqında” və “Struktur bölmələrinin tədris ili üçün illik hesabatlarının təqdim olunma qrafiki haqqında”  məlumatlar dinlənilib. Müzakirəyə çıxarılan bütün məsələlər ayrılıqda aparılan müzakirələrdən sonra Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul edilib.
Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib. Universitetin Elmi Şurasının Əsasnaməsinin və Reqlamentinin yeni redaksiyada təsdiqi və Riyaziyyat və İKT kafedrasının müdiri Afət HƏsənovanın “Optimallaşdırma üsulları” adlı dərs vəsaitinə çap hüququ verilməsi barədə məsələlər  müzakirəyə çıxarılıb. Müzakirəyə çıxarılan hər iki məsələ Elmi Şura tərəfindən təsdiqlənib.

Digər Xəbərlər