Xəbərlər

BAAU-nun əməkdaşları beynəlxalq mübadilə proqramında iştirak ediblər

BAAU-nun əməkdaşları beynəlxalq mübadilə proqramında iştirak ediblər
  • 29 May 2025

Bakı Avrasiya Universitetinin (BAAU) əməkdaşları - Tədrisin Təşkili Departamentinin rəhbəri fil.ü.f.d. Natella Quliyeva ilə Nəzəri Dilçilik və Türk Dilləri Kafedrasının baş müəllimi Sevinc Talıbova Türkiyənin Uşak Universitetində keçirilən beynəlxalq mübadilə proqramında iştirak ediblər. Tədbirdə 20-dən çox ölkənin 37 universitetinin nümayəndəsi iştirak edib.

BAAU-nun əməkdaşları mübadilə proqramı çərçivəsində həmçinin Uşak Universitetinin rektoru professor Ekrem Savaş və Təhsil fakültəsinin dekanı professor Bülent Çavaş ilə görüşüblər. Görüşdə tələbə mübadiləsi, təlim və tədrisin təşkili sahəsində mövcud vəziyyət və gələcək perspektivlər müzakirə olunub. 

Digər Xəbərlər