Xəbərlər

BAAU-nun kollektivi Xırdalandakı Şəhidlər Xiyabanını ziyarət ediblər

BAAU-nun kollektivi Xırdalandakı Şəhidlər Xiyabanını ziyarət ediblər
  • 10 Oct 2022

Bakı Avrasiya Universitetinin kollektivi, Vətən Müharibəsi qaziləri və tələbələri Xırdalanda Şəhidlər Xiyabanında dəfn olunan qəhrəman şəhidlərimizin məzarlarını ziyarət ediblər. Eyni zamanda universitetin şəhid əsgəri Anar İsgəndərovun məzarınına əklillər qoyulub, qərənfillər düzülüb.

BAAU-nun kollektivi Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər,məzarları önündə baş əyiblər.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Digər Xəbərlər