Xəbərlər

BAAU-nun magistrantları üçün ikili diplom layihələri

BAAU-nun magistrantları üçün ikili diplom layihələri
  • 19 Oct 2023

Bakı Avrasiya Universiteti beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, İtaliyanın Genuya Universiteti ilə magistratura səviyyəsində ikili diplom layihəsi çərçivəsində turizm ixtisasında təhsil alan magistrant tələbələrə BAAU-nun diplomu ilə yanaşı ən azı bir semestr Genuya Universitetində təhsil almaqla həmin universitetin də diplomunu əldə etmək hüququ qazandırmışdır.

BAAU beynəlxalq əməkdaşlıqla bağlı daha bir müqaviləyə imza atmışdır. Belə ki, BAAU-nun rektoru, professor Nazim Hüseynli ilə Türkiyənin Niğde Ömər Halisdəmir Universitetinin rektoru, professor Hasan Uslu ali təhsilin magistratura səviyyəsində iqtisadiyyat üzrə ixtisaslaşan tələbələrə hər iki universitetin diplomunun verilməsi ilə bağlı razılaşma imzalayıblar. Bağlanan müqaviləyə əsasən BAAU-nun iqtisadiyyatyönümlü ixtisaslarında təhsil alan magistrantlar ən azı bir semestr digər universitetdə təhsil alarsa, o hər iki universitetin diplomunu almaq hüququ qazanır. Eyni zamanda Niğde Ömər Halisdəmir Universitetinin tələbələri də analoji qaydada BAAU-nun diplomunu əldə edə biləcəklər.

Digər Xəbərlər