Xəbərlər

BAAU-nun magistratura səviyyəsində təhsil alacaq bakalavrlara xüsusi güzəşt

BAAU-nun magistratura səviyyəsində təhsil alacaq bakalavrlara xüsusi güzəşt
  • 22 Jun 2024

Bakı Avrasiya Universiteti (BAAU) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul elan edir. BAAU-da magistraturaya qəbul 7 ixtisas, 20 ixtisaslaşma üzrə aparılacaq. 2024/2025-ci tədris ilində universitetdə magistratura səviyyəsi üzrə 147 plan yeri ayrılıb.

Bakı Avrasiya Universitetində 2024/2025-ci tədris ili magistratura səviyyəsində təhsil alacaq bakalavrlara xüsusi güzəşt təklif olunur. Təhsil haqqının 50 faizi qeydiyyat zamanı ödənilməklə, qalan hissəsi 2024-cü ilin dekabr ayının 20-dək ödənilə bilər.

Bakı Avrasiya Universitetində 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsində ixtisaslama seçmi iyunun 30- dək davam edəcək.

Magistr təhsili almaq istəyən tələbələrə uğurlar arzulayırıq!

Digər Xəbərlər