Xəbərlər

BAAU-nun müəllim heyəti “Erasmus+” mobillik mübadilə proqramında iştirak ediblər

BAAU-nun müəllim heyəti “Erasmus+” mobillik mübadilə proqramında iştirak ediblər
  • 07 May 2024

Bakı Avrasiya Universitetinin əməkdaşları, Tərcümə kafedrasının baş müəllimi Xatirə Hüseynova və Riyaziyyat və İKT kafedrasının müəllimi Xanım Paşayeva 22-28 aprel 2024-cü il  tarixlərində “Erasmus+” mobillik mübadilə proqramı çərçivəsində Serbiyanın Subatica Tech College of Applied Sciences universitetində olublar. İştirakçıları universitetin beynəlxalq əlaqələr üzrə kordinatoru Dr. Livia Szedmina qəbul edib və VTS-in direktoru Dr.İgor Fürstner iştirakçılarla görüş keçirərək onlara universitetin fəaliyyəti və dərs prosesi ilə bağlı məlumatlar verib. BAAU-nun əməkdaşları “Subatica TV+” kanalına müsahibə verib  və Pannon Rtv kanalında yayımlanan “Közügyek” verilişində qonaq olublar. Daha sonra layihə iştirakçıları VTS-in tələbələrinə Azərbaycanla bağlı təqdimat keçirib və akademik profilləri üzrə mühazirələr söyləyiblər.

Digər Xəbərlər