Xəbərlər

BAAU-nun müəllimi beynəlxalq konfransda mükafata layiq görülüb

BAAU-nun müəllimi beynəlxalq konfransda mükafata layiq görülüb
  • 29 Mar 2022

Bakı Avrasiya Universitetinin  “İqtisadiyyat və idarəetmə” kafedrasının   müəllimi Esmira Kazımova İstanbul Gelişim Universitetinin “Tətbiqi elmlər” fakültəsinin dəvəti ilə “Davamlı İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Martın ayının 10-u və 11-də İstanbulda təşkil edilmiş tədbirdə 131 ölkədən elmi nümayəndələri iştirak etmişdir. Konfransın təşkilat komitəsində təmsil olunan BAAU-nun təmsilçisi, eyniadlı qurumunun üzvü seçilmiş, həmçinin iki bölməyə sədrlik etmişdir. Konfransda fəal iştirakına görə Esmira Kazımova USBK təşkilat komitəsinin yekdil qərarı İstanbul Gelişim Universiteti rektoru prof. Nail Öztaş tərəfindən mükafat təqdim edilmişdir. 

BAAU-nun “İqtisadiyyat və İdarəetmə”  kafedrasının  müdiri, i.ü.f.d. İlhamə Aslanova, dos. Ərzuman Qasımov, dos. Ramil Quliyev və müəllim Gulnarə Bayramova onlayn şəkildə konfransın müvafiq bölmələrinə bağlanaraq elmi məruzələrlə çıxış etmişlər. Konfransa təqdim edilmiş məqalələr  universitetinin “Nəşriyyat Evi” tərəfindən kitab şəklində nəşr edilmiş və müəlliflərə təqdim olunmuşdur.

İstanbul Gelişim Universiteti rektoru prof. Nail Öztaş və Orta Doğu Texniki Universiteti (Ankara)  prof. Mustafa Türkeş BAAU-nun təmsilçisi ilə görüşündə gələcəkdə də belə əlaqələrin davam etməsi  üçün Bakı Avrasiya Universiteti ilə əməkdaşlığa daima hazır olduqlarını bildirmişlər.

Digər Xəbərlər