- 20 Jun 2024
BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç Şimali Kipr Türk Respublikasının Lefke şəhərində 1974-cü il Kıbrıs Barış Hərəkatının 50-ci ili Dəvətli Simpoziumunda iştirak edib. Dəvətli simpoziumda professor E.Məmmədova-Kekeç “Ekotənqidi kontekstdə Kıbrıs türk şeirində 1974-cü il Barış Hərəkatı” adlı məruzə ilə çıxış edib. Məruzədə çağdaş Kıbrıs türk şeirində ekopoetika məsələləri, Özker Yaşın, Fikrət Dəmirağ kimi şairlərin bədii yaradıcılıq nümunələrində ətraf mühitə vurulan zərərlər və müharibəyə etiraz motivləri nəzərə çatdırılıb.
Türkiyədən professor İlber Ortaylı, professor Ali Satan, professor Soyalp Tamçelik, professor Mustafa Serhan Yücel, Özbəkistandan professor Babaxan Şərif, Polşadan professor Grajina Zajac, Ukraynadan dosent Tudora Arnautun yer aldığı simpozium iştirakçılarına Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar tərəfindən plaketlər təqdim edilib.