Xəbərlər

BAAU-nun rektoru, professor Nazim Hüseynli Dünya Barış Universitetinin nümayəndə heyətini qəbul edib

BAAU-nun rektoru, professor Nazim Hüseynli Dünya Barış Universitetinin nümayəndə heyətini qəbul edib
  • 31 May 2024

Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli Dünya Barış Universitetinin rektor əvəzedicisi, professor Bəhiyə Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan rektor, professor Nazım Hüseynli Azərbaycanın ilk ali təhsil müəssisələrindən olan Bakı Avrasiya Universitetində elmin müxtəlif sahələri üzrə kadr hazırlığı həyata keçirildiyini bildirib. Qeyd edib ki, BAAU- nun inkişaf strategiyasının əsas prioritetlərindən biri də beynəlxalq elm və təhsil təşkilatları, xarici ölkələrin universitetləri ilə əlaqələrin genişləndirilməsidir. Rektor qardaş Türkiyə və Şimali Kipr Türk Respublikasının universitetləri ilə əməkdaşlığın və ikili diplom proqramlarının qəbulunun BAAU üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dünya Barış Universitetinin rektor əvəzedicisi professor Bəhiyə Çavuşoğlu səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib. BAAU ilə elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığa hazır olduğunu qeyd edib.

BAAU-nun nümayəndələrinin də iştirak etdiyi görüşdə Bakı Avrasiya Universiteti və Dünya Barış Universiteti arasında ikili diplom proqramlarının qəbulu, tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, ortaq konfrans və simpoziumların keçirilməsinə dair razılığa gəlinib.

Digər Xəbərlər