Xəbərlər

BAAU-nun tələbələri Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak ediblər

BAAU-nun tələbələri Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak ediblər
  • 25 Oct 2022

Oktyabrın 22-də Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanda ilk dəfədir bu formatda təşkil olunmuş tədbirin xarici ölkələrin mədəniyyətinin, mətbəxinin və musiqilərinin ölkəmizdə təqdim edilməsi üçün faydalı olduğunu diqqətə çatdırıb.

Yarmarka Azərbaycan–BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 ilinin tamam olması və hər il dünyada 24 oktyabr tarixində qeyd olunan BMT gününə həsr olunub.

Bakı Avrasiya Universitetin Tərcümə (ərəb dili) ixtisasının bir qrup müəllim və  tələbələri də Beynəlxalq Xeyriyyə Yarmarkasına qatılıb. Yarmarkanın keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan BAAU-nun müəllimi f.ü.f.d Ülviyyə Hüseynova təəssüratlarını bölüşüb.

Digər Xəbərlər