Xəbərlər

BAAU-nun tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər

BAAU-nun tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər
  • 07 May 2025

Bakı Avrasiya Universitetinin (BAAU) “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının baş müəllimi Çiçək Hüseynovanın təşkilatçılığı ilə Filologiya fakültəsinin tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Muzeyin müasir standartlara cavab verən ekspozisiya zallarında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapmışdır. Tələbələr ekspozisiyada nümayiş olunan qədim əlyazmalar, məşhur xəttatların əlyazmaları, nadir çap kitabları, şairlərin, yazıçıların xatirə əşyaları, sənədli foto-şəkillər, miniatürlər, rəsm əsərləri, xalçalar, heykəltaraşlıq nümunələri və s. diqqəti cəlb edən eksponatlarla tanış olublar. 

Muzeyin repressiya qurbanlarına həsr olunmuş zalı da diqqəti cəlb edib.

Tələbələr muzeyin ekspozisiya zallarında Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Heyran xanım, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Cavid, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Səməd Vurğun, Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər tanınmış ədəbiyyat nümayəndələrinə həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar ilə yaxından tanış olublar. Onlara eksponatlarla bağlı geniş məlumat verilib.

Digər Xəbərlər