- 05 Nov 2024
Bakı Avrasiya Universitetinin (BAAU) tələbələri Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə əməkdaşlıq çərçivəsində iki ay müddətinə davam edəcək könüllü-təcrübə proqramına qatılıblar.
Proqrama seçilmiş tələbələrə öncədən TTKF, təhsil tələbə krediti növləri, müraciət edilmə formaları və müraciətlərin düzgün cavablandırma qaydaları barədə məlumatlandırılma edilib.
Tələbələr TTKF-ya daxil olan müraciətlərin müraciətlərin cavablandırması, təhsilalanlar arasında fondun yaratdığı imkanlardan faydalanma yollarını izah etmək və təhsil tələbə kreditinə müraciət etmək istəyənlərə dəstəyin göstərilməsi kimi xidmətləri göstərəcəklər
Qeyd edək ki, tələbələrin iştirak etdiyi könüllü-təcrübə proqramının məqsədi onların praktiki təcrübə qazanaraq ixtisaslı kadr kimi yetişməsinə və maliyyə savadlılığının artırılmasına tövfə verməkdir.