- 08 Oct 2024
2024-cü il oktyabrın 8-də Bakı Avrasiya Universitetinin (BAAU) Tərcümə kafedrasının müəllimləri və “Tərcümə (Fransız dili)” ixtisasının IV kurs tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji maarifləndirmə və mədəniyyətin artırılması məqsədilə “Qala” Dövlət Tarix-Etnoqrasiya Qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində muzeydə tullantılardan hazırlanılmış əşyalara, sənət əsərlərinə baxış keçirilib. Muzeyin yaradılmasında məqsədin insanların tullantılarla ətraf mühiti çirkləndirməsinin yarada biləcəyi fəsadlarla bağlı maarifləndirmək, həmin tullantıların geri dönüşümlə faydalı istiqamətlərdə istifadəsinin mümkünlüyünü göstərmək olduğu bildirilib. Muzeydə srəgilənən eksponatların hazırlanmasında əsasən plastic qablar, polietilen paketlər, batareyalar, kağız, metal parçalarından istifadə edilib.
Sonra, BAAU-nun Tərcümə Kafedrasının baş müəllimi Leyla Məlikova tələbələr qarşısında çıxış edib. Çıxışında ətraf mühitə atılan tullantıların məhv olma dönəmləri, təbiətin çirklənməsində yaratdığı problemlər, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəklənməsi çərçivəsində görülən işlər, təbii sərvətlərdən və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı məlumat verilib
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BAAU-da silsilə tədbirlər keçirilir.