- 14 Mar 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzi və Təhsil Tələbə Krediti Fondunun birgə təşəbbüsü ilə “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsinə start verilib.
Təlimlərdə tələbələr liderlik və komanda işi anlayışlarını müzakirə edib, praktiki tapşırıqlar yerinə yetirib, qrup işlərində iştirak edərək real iş mühitində qarşılaşa biləcəkləri situasiyaları təhlil ediblər.
Layihənin əsas məqsədi tələbələrə yumşaq bacarıqlar qazandırmaq, onları əmək bazarının tələblərinə uyğun hazırlamaqdır. Bu təşəbbüs tələbələrin nəzəri biliklərlə yanaşı, ünsiyyət, komanda ilə işləmə, vaxtın idarə olunması və problem həll etmə kimi vacib bacarıqlara yiyələnməsinə kömək edəcək.