Xəbərlər

BAAU-nun tələbəsi beynəlxalq hakatonda uğurla iştirak edib

BAAU-nun tələbəsi beynəlxalq hakatonda uğurla iştirak edib
  • 22 Feb 2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İspaniyada fəaliyyət göstərən “Impulse4Women” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən hakatonda Bakı Avrasiya Universitetinin (BAAU) “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbəsi Qaratel Rüstəmova uğurla iştirak edib.

Bu innovativ tədbir çərçivəsində iştirakçılar “Impulse4Women” Assosiasiyası və “Transformation Lighthouse” tərəfindən təqdim olunan mentorluq sessiyalarında iştirak ediblər. Q.Rüstəmova komanda işi, problemlərin həlli və texnoloji inkişaf sahəsində yeni bacarıqlar qazanaraq öz peşəkar inkişafına mühüm töhfə verib. 

Qeyd edək ki, hakaton iştirakçılar üçün startap ekosistemində təcrübə qazanmaq, innovativ həllər üzərində işləmək və beynəlxalq ekspertlərdən biliklər əldə etmək baxımından unikal bir imkan yaradıb.

Digər Xəbərlər